Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramov koronavirusa yoluxub.
Teleqraf.com-un xəbərinə görə, ixtisasca həkim olan Zakir Bayramov bu haqda İnstaqram hesabında məlumat verib:
"COVID-19-u biz də belə keçirdik. Ötənayın əvvəlindən virusa yoluxduqda temperaturum 37,5 dərəcədən başlayaraq 39-dək yüksəldi. İki dəfə pnevmoniya, bir dəfə plevrit keçirən insan kimi düşündüm ki, məni nə gözləyir... Amma ümumi müalicə ilə virusa qalib gələ bildim.
Bu müddət ərzində hər cür kaprizimə dözən və yanımdan bir dəqiqə belə aralı durmayan həyat yoldaşıma təşəkkürümü bildirmək istəyirəm. Nə yaxşı ki, varsan. Amma virus səni tutmadı, sirrini bizə demədin..."
Qeyd edək ki, Sevda Yahyayeva ilə Zakir Bayramov rəsmi evləniblər. Cütlüyün toy mərasimi pandemiyadan sonra baş tutacaq.