19 Yanvar 2021 11:10
9 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə paylaşım edib.

Teleqraf.com xəbər verir ki, müğənni İnstaqram hesabında qızı Aysun İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanovun rəqs etdiyi videonu paylaşıb.

O, həyat yoldaşı haqda bu sözləri qeyd edib: "Həyatda sənə o qədər borcluyam ki... Mənim övladlarıma arxa-dayaq olduğun üçün Allah sənə cansağlığı versin. Hər zaman ailəmizin başında olasan. Özüm ata qayğısından uzaq olmuşam. Hər zaman atalı övladlara həsrətlə baxmışam.

Çox şükür, övladlarım sənin sayəndə bu qayğıdan məhrum olmadı. Allahım heç bir övladı valideynsiz etməsin. Sənin övladlarıma göstərdiyin qayğını heç bir insan bacara bilməz. Balalarımın və mənim qadın kimi xoşbəxtliyimi birinci Allahıma, ikinci sənə borcluyam".

Qeyd edək ki, Rəqsanə İsmayılovanın Fazil Əmiraslanovla nikahından əkiz övladları da var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər