29 Yanvar 2021 16:10
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə sərt şəkildə tənqid olunan əməkdar artist Nigar Şabanova deyilənlərə cavab verib.

Teleqraf.com xəbər verir ki, ARB televiziyasında yayımlanan “Həmin Zaur” verilişində ona gül hədiyyə etmiş qazinin evlilik təklifinə "yox" deyən əməkdar artist özündən çıxıb.

O, İnstaqram hesabında video paylaşaraq bu sözləri qeyd edib: "Başa düşürəm, canlı efirdə hər şey ola bilər. Təbii ki, Zaur Kamalı günahlandırıram, o, belə hərəkət etməməli idi. Mənə əvvəlcən deməli idilər ki, buna icazə verirsən, yoxsa yox! Tamam, canlı yayım idi, oldu.

Müğənniyə canlı yayımda gül də, hədiyyələr də gələ bilər. Başqaları kimi özümə avtomobil, buketlərlə gül gətizdirmirəm. Əxlaqım buna yol verməz. Mən muğam ifaçısıyam və hər zaman geyimimlə, danışığımla örnək olmağa çalışmışam. Ailəm, valideynlərim, qardaşım, qohum-əqrəbam, başında papaq gəzdirənlərim var.

Son günlər görürəm ki, nəinki mənim, hətta digər müğənnilərimiz haqqında da xəbərlər paylaşılanda hərə özünə yaraşan şəkildə rəy yazmağa başlayır. Mən yenə deyirəm, sözlərimi hamıya şamil etmirəm. Amma 90 faiziniz namusunuzu çölə qoymusunuz! Sizin evdə böyüyünüz, telefonunuzu yoxlayan papaqlılarınız yoxdurmu ki, ay qız, ay arvad, filan saytın səhifəsinə niyə şərh yazmısan?! Kimisə təhqir etmək sizin başınız üçün deyil.

Biz polisə şikayət edəndə papağı olmayan hansısa kişicik gəlib, sizi polis bölməsindən aparır, üzr istəməyə başlayır.

Verilişə gül gəlib, mən subay bir xanımam. Bu, normaldı və mənə evlilik təklif edən də ola bilər. Pis şərh yazanlara deyirəm ki, sizdən əxlaqlıyam. Ona görə mənə elçi çıxır, sizə yox. İndi fərqimizi görürsünüz? Mən hərbçiyə yox demişəm. Sizin bacınız küçədən ərə gedir? Ərə gedən qızın yiyəsi yoxdurmu ki, ondan çəkinsin, ehtiyat etsin?!

Yəqin ki, siz yaxınınızı elə ərə verib, aldığınızı böyüksüz küçədən almısınız. Ailəsinə, xanımlığına hörmət edən bir xanım təbii ki, belə yox deyəcək. Ailəmin xəbəri olmadan mən kiməm ki, oğlana "hə" deyim?.."


Müəllif: Rəqsanə Həsənova