"Avroviziya-2010” təmsilçimiz Safura Əliyeva Yutub kanalında övladları ilə videosunu paylaşıb.
Teleqraf.com xəbər verir ki, Safura Əliyeva ilk dəfə kiçik oğlu Natiqin üzünü göstərib:
"İstanbula qar yağıb, biz də uşaqlarla qar topu oynamağa çıxmışıq. Oğlum İsgəndər böyüyüb, artıq altı yaşı var. Və ilk dəfə bu gün Natiqi görəcəksiniz. Böyük oğlum İsgəndər çox duyğusal uşaqdır, həmişə mənim tərəfimi saxlayır. Ayişənin çox ağır xasiyyəti var, ciddidir. Məncə xasiyyətini atasından götürüb, ona çox bənzəyir. Atasına deyirəm ki, Ayişə sənin, İsgəndər isə mənim tərəfimi saxlayacaq. Bizim evdə belə bir vəziyyət var. Üç uşağa baxmaq təbii ki, çətindir. 21 yaşımda ilk dəfə ana oldum".
Qeyd edək ki, Safura Əliyeva mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün üç övladı var.