"Hələ ki həyat yoldaşımdan rəsmi boşanmamışam. Məhkəməmiz davam edir. Birinci məhkəmə fevralın 5-də baş tutdu, ikinci məhkəmə isə martın 10-da olacaq".
Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana deyib.
Övladlarının həyat yoldaşı Kərim tərəfindən şiddətə məruz qaldığı görüntülərini İnstaqram hesabında paylaşan Canana hüquq-mühafizə orqanlarına müraciət etmədiyini deyib:
"Övladlarımın döyülməsi haqqında hüquq-mühafizə orqanlarına şikayət etməmişəm. Çünki Mətanət İsgəndərli oğluna deyirdi ki, uşaqları vursan, özüm polisə müraciət edəcəm. Hər dəfə söz verdirirdi, amma bu hərəkətlər təkrarlanırdı.
Qızımı çox pis döydü. O vaxt Mətanət İsgəndərli ilə aramızda söz-söhbət olduğuna görə evinə getmədim. Atası uşağı döyəndə hamama aparıb, su vurdum ki, şişləri yatsın və uşaq sakitləşsin. Mətanət İsgəndərliyə göstərmək üçün kameraya çəkdim. Dedim ki, bizi qınayırsınız, oğlunuz böyük stress keçirir, uşağa belə şiddət göstərir. Bununla bağlı nəsə edin və bu işi bağlamaq lazımdır".
Qeyd edək ki, Canana və Kərimin üç övladı var.