80 yaşlı xalq artisti Niyaməddin Musayev vaksin vurdurmağa hazırlaşır.
Bu haqda Teleqraf.com-a xalq artistinin özü məlumat verib:
"Vaksin vurdurmaq sağlamlığımızı və özümüzü qorumaq üçündür. Biz xarici ölkələrə gedəndə vaksin vurdururduq ki, xəstəliklərə yoluxmayaq. Bunu çox insanlar bilmirlər.
Fikrimcə, vaksin vurdurmaq lazımdır. Eləcə də maskadan istifadə etmək, məsafə saxlamaq vacibdir. İctimai yerlərə az getməliyik. Başqasını da virusa yoluxdurmaq olmaz. Millətinə, vətəninə, dövlətinə hörmət edən insan qanunlara riayət etməlidir.
Vaksin vurdurmağı çox müsbət qarşılayıram. Bütün qaydalara əməl edirəm. Hara getsəm məsafəni qoruyuram, öpüşüb, qucaqlaşmaq, belə şeyləri eləmirəm... Bu da keçər, toy mərasimləri başlayar. Neçə-neçə gənclər evlənmək istəyir. Bu bir il ərzində nə qədər körpə uşaq itirmişik. Bütün dünyada vəziyyət belədir. Yaxın günlərdə peyvənd olacam”.