Xalq artisti Flora Kərimova küsülü olduğu həmkarı Faiq Ağayevdən danışıb.
Teleqraf.com xəbər verir ki, Flora Kərimova "ATV maqazin onlarla" verilişində bu sözləri deyib: "Bir dəfə bir hadisə oldu. Faiq mənə "qıcqırmış eqo" dedi. Ondan sonra ona üzümü bozartdım. Sonra başa düşdü ki, bunun axırı pis ola bilər.
Mənə dəyməsinlər! Elə etməyin ki, sizi rüsvay edim. Mənə sataşan xeyir görmür. Məndə hamısının dosyesi var".
Qeyd edək ki, Faiq Ağayev yaxın günlərdə Flora Kərimova haqqında deyib: "Bizim aramızda 32 yaş fərq var. Onun yaşını, ağbirçəkliyini və böyük sənətini sevərək həyatıma davam edirəm. Eşitdim ki, yaxın günlərdə nənə olacaq, Allah o səadəti doyunca yaşamağı qismət etsin.
Darıxmışıq, mahnılar yazdırsın, çünki Flora Kərimova ifaları Azərbaycan xalqına lazımdır. Məndən verilişlərin birində Flora Kərimova ilə başqa müğənnini soruşdular. Təbii ki, kimsə uzun illərdir səhnədədir, amma bir çantalıq belə baqajı yoxdur. Amma Flora Kərimova sənət baqajı, xəzinəsi olan insandır. Mən xaricə konsertlərə gedəndə Flora Kərimova mənim valideynlərimə zəng edirdi ki, lülə kabab istəyir. Çünki çox səmimi münasibətimiz var idi. Mən onu qoruyub saxlayıram”.