16 Fevral 2021 14:13
2 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nisə Qasımova ailə qurmamasının səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Nisə Qasımova bu haqda “Heç vaxt, heç yerdə” verilişində danışıb:

“Yaxşı ki, ailə qurmamışam. Düşünürəm ki, buna görə itirmədim, əksinə qazandım, özümü kəşf etdim. Mənim bütün həyatım alt-üst oldu, efirlərdən, xaricə səfərlərdən uzaqlaşdırdılar, mane oldular, məhv etmək istədilər. Ona görə ailə qurmaq haqqında düşünə bilmədim.

Gənc idim, özümü həyatda natamam hiss edirdim. Hələ püxtələşməmişdim. Ona görə nə ağıl, nə də düşüncə var idi. Allah insana hansı taleyi yazıbsa, yaşamalıdır. Onun üçün mən o taleyi yaşayıram və heç də peşman deyiləm”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər