17 Fevral 2021 13:24
3 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tarix Əliyev (Tolik) müğənni Təranə Qumral və Musa Musayevin kiçik qızını müdafiə edib.

Teleqraf.com xəbər verir ki, Tarix Əliyev efirdəki ifasına görə tənqid edilən Təranə Qumral və Musa Musayevin qızı haqqında İnstaqramda hekayə bölümündə bu sözləri qeyd edib:

“Təranə Qumralı, Musa Musayevi, lap böyük qızları Qumralı da sevməyə bilərik. Amma 13 yaşlı uşağa bu qədər tramva yaşatmayın. Sosial şəbəkələrdə paylaşıb, nələr yazdırırsınız?.. Bəzi şərh yazanlar lap abırsızdır. Hamı üstünə düşüb, uşaqdır da. Nə olub? Ayıbdır.

Mənim o qıza ürəyim ağrıdı. Minlərlə adam yazır ki, bu qız nə oxuyur? Özünüzə gəlin. Oxuyub-oxuyub da. Mən təsəvvür edirəm ki, indi o, nə haldadır!? Sizə və ya sizin azyaşlı uşağınıza bu sözləri yazsalar, xoşunuza gələr? Özünüzü onun yerinə qoyun, insan olun, yetər...”.


Müəllif: Rəqsanə Həsənova