Bakı Uşaq Teatrı Festivaldan qayıtdı.
Bakı Uşaq Teatrı 17- 22 oktyabr tarixlərində İran İslam Respublikasının Mərivan şəhərində keçirilən “IX Beynəlxalq Meydan Tamaşaları Festivalı”da uğurla çıxış edib.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, böyük coşqu ilə keçirilən festivalda 4 ölkə qonaq qismində iştirak edib: Azərbaycan, Niderland, İraq və Ermənistan. Festival boyu ümumilikdə 35 meydan tamaşası nümayiş olunub. Bakı Uşaq Teatrı festivalda “Fokus mokus” meydan tamaşası ilə çıxış edib.
Tamaşa iki klounun başına gələn hadisələrdən bəhs edir. Toplaşan adamları görən 2 kloun onlarla əylənmək qərarına gəlir və özlərini illizionist kimi qələmə verirlər. Tamaşaçılardan birinin telefonunu alıb onunla fokus göstərməyə çalışırlar. Nəhayət özləri bu işi yaxşı bilmədikləri qərarına gəlib səhnəyə peşəkar illiziyaçını çağırırlar. Və ona kömək eləmək qərarına gəlirlər. Sonda hər işin öz sahibi olduğu qənaətinə gəlirlər.
Qeyd edək ki, tamaşa İranda çox yaxşı qarşılanıb və bir neçə festivala dəvət alıb.
Nərmin