12 Mart 2021 12:52
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İlhamə Qasımova şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, müğənni "ABC 24"ə açıqlamasında həyat yoldaşından boşanması barədə yayılan şayiələrə münasibət bildirib:

“Mənim ailə həyatım dörd il əvvəl Amerikaya gedən vaxtlarda bitib. Həmin vaxt həyat yoldaşım vəfat edib. Mən bu haqda danışmırdım. Haqqımda çox şayiələr yazıblar ki, boşanıb və s. Dedim ki, ayıbdır, sabah eşidəndə özünüz xəcalət çəkərsiniz. O, xəstəlikdən rəhmətə gedib. Ona görə mən də səhnədən uzaqlaşdım, Amerikaya köçdüm. Depressiyadan müalicə alırdım. Son vaxtlar çoxlu antidepressantlar qəbul edirdim. Görək necə olacaq..."

Müğənni son günlər gənclər arasında geniş yayılan intiharlara da toxunub: "Səbəb psixoloji gücsüzlükdür. Bu məsələdə valideynləri günahlandırmaq olmaz".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər