15 Mart 2021 10:40
1 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Naibə Allahverdiyeva açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Naibə Allahverdiyeva "ATV maqazin onlarla" verilişində şəxsi həyatından danışıb: "Həyat yoldaşım məndən altı yaş balacadır. Onun 29 yox, 50 yaşı var. Sadəcə olaraq cavan görünür, yaxşı saxlayıram”.

Xalq artisti “Qısqanclıq olurmu?" sualına belə cavab verib: "Yanımda harasa gedir ki, qısqanclıq olsun? O, çox təmiz adamdır. Bir dəfə hiss etməmişəm ki, hansısa bir xanıma baxsın. Mənə deyir ki, sən mənim üçün dünyanın ən gözəl, ən gənc qadınısan.

Hərdən güzgüyə baxıb deyirəm ki, qocalıram. Hələ bircə dəfə fə mənə deməyib ki, bu nə paltardır, geyinmisən. Bu saç sənə yaraşmır, nə günə düşmüsən və s. Belə kişilər də var..."

Naibə Allahverdiyeva həmkarı Məleykə Əsədovadan da danışıb: "Mən onun ailə qurmasını görürəm, amma tez zamanda deyil. Allah Məleykə Əsədovaya gözəl ailə qismət eləsin. Allah on hər şey verib. Qadın gərək bir qadın kimi xoşbəxt olsun, mən bilirəm ki, zaman gələcək qadın kimi xoşbəxt olacaq. Beş-altı ilə həyatında böyük sevgi yaşayacaq".

Naibə Allahverdiyeva psixoloji dispanserdə müalicə alması haqqında yayılan xəbərlərə də münasibət bildirib: "Mən sadəcə olaraq Mərdəkandakı "Günəşli" Nevroloji Sanatoriyasında dincəlmişəm. Orada yatmırsan, istirahət edirsən. Bir də gördüm ki, yazıblar, dəlixanada yatıb. Dəlixanada yatsaydım, məni yenidən işə götürərdilər?! Mən çox ağıllıyam, çox həssas ola bilərəm. Genimdə elə bir şey yoxdur. Artistlərin hamısı dəlidir”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər