18 Mart 2021 12:09
6 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Kuruluş Osman” serialında Gəncəbəy obrazını canlandıran "Mauqli" ləqəbli Zabit Səmədov "Bozdağ film"in yutub kanalına müsahibə verib.

Teleqraf.com xəbər verir ki, Zabit Səmədov serialdan danışıb: "Mən çox məmnunam ki, real hadisədən bəhs edən serialda oynayıram. Çünki bu serialın həqiqəti və tarixi var. Serialda oynadığım üçün çox xoşbəxtəm. Rejissor Mehmet Bozdağ sağ olsun, mənə Gəncəbay obrazını verdi. Bu, Qarabağdan gələn bir bəydir. Azərbaycanımızı, ölkəmizi təmsil edirəm. Biz türkük, bir millət, iki dövlətik".

İdmançı serialın çəkiliş heyəti ilə münasibətinin yaxşı olduğunu bildirib: "Serial heyəti ilə bir-birimizi yaxşı başa düşürük. Osman bəy obrazını canlandıran Burak Özçivitlə dostluq edirik. Bəzən çəkilişdən kənar da görüşürük. Hətta bir dəfə parkda mən, Burak Özçivit və Çağrı Şensoy gəzirdik. Bir nəfər bizə yaxınlaşıb dedi ki, real həyatda da ayrılmırsınız".

Zabit Səmədov idman sahəsindən uzaqlaşdığını açıqlayıb: "Artıq yarışlarım yaxınlaşır, bir-iki yarışda da iştirak edib, idmandan gedəcəm. 37 yaşım var, aktyorluq sahəsində fəaliyyətimi davam etdirmək istəyirəm, Jan-Klod Van Damm kimi. Bildiyiniz kimi o, döyüşçü deyildi, amma filmləri gözəl idi. Mən də filmlərdə davam etmək istəyirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər