26 Mart 2021 17:02
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Tünzalə Ağayeva əməkdar artist Bəhram Bağırzadənin İnstaqramda canlı yayımına qonaq olub.

Teleqraf.com xəbər verir ki, Tünzalə Ağayeva pandemiyadan əziyyət çəkdiyini deyib:

"Pandemiya hamımıza zərbə vurdu. Özümdən gözləmədiyim depressiyaya düşdüm, amma bu ağlıma da gəlməzdi. Mən də stress, gərginlik keçirirəm, həssas adamam. Çox xırda məsələyə emosional reaksiya göstərirəm. Boş şeydən əsəbləşə bilirəm, mən ideal deyiləm. Bu gün təbiətə çıxa bilmirəm, amma vücudumun sağlam qalması üçün saat 6-dan sonra yemək yemirəm. Axşamlar limonlu su içirəm. Mənim 45 yaşım var. Məni cavan saxlayan da budur. Bir zamanlar hormonal pozğunluqdan əziyyət çəkdim, aşırı şişkinliyim var idi. Sonra sağlam qidalanmağa üstünlük verdim. Düzgün qidalanmaq və vaxtında yatmaq lazımdır. Düzdür, vaxtında yata bilmirəm. Çünki pandemiya yuxumu ərşə çəkib. Deyirlər ki, sakitləşdirici dərmanlar iç. Amma dərman içmək istəmirəm, təbii yolla yuxuya getmək istəyirəm. Beyində o qədər informasiya, qayğılar var ki... Biz narahat insanıq və beynimiz gecə-gündüz çalışır. Ona görə də tez yatmaq istəyirəm, amma gec yuxuya gedirəm. Yuxusuzluqdan əziyyət çəkirəm".











Müəllif: Rəqsanə Həsənova