30 Mart 2021 10:11
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Zülfiyyə Xanbabayeva ARB televiziyasında yayımlanan "Özəl" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Zülfiyyə Xanbabayeva qızı Dənizin müğənnilik sənətini davam etdirməsindən danışıb:

"Bir il öncə mənə bu sualı versəydiniz ki, Dənizin müğənni olmasını istəyirsiniz? Deyərdim ki, qızım müğənni olsun. Amma indi müğənni olmasını istəmərəm. Bir səhnə adamına sual veriləndə ki, övladınızın sizin sənət yolunu davam etdirməsini istəyirsiniz? "Yox" deyəndə mənim xətrimə dəyir.

Bu mənim özümün çəkdiyim əziyyətə, səhnəmə, sənətimə xələl gətirir. Mən öz sənətimi hörmətsiz edirəm. Bəs, o zaman özün niyə ifa edirsən? Deməli, sən öz peşənə hörmətsizlik etmiş olursan. Amma hazırda musiqidə cılızlaşma var, böhran keçirir. Ona görə bilmirəm bunun üçün bu qədər əziyyət çəkməyə dəyərmi?!"

Xalq artisti adından və soyadından utandığını deyib: "Məktəbdə oxuyanda mənim ad və soyadım jurnalın yarısını tuturdu. Zülfiyyə Xanbabayeva Güloğlan qızı. Zaman keçdi, çəkindiyim ad, soyadım baş ucalığım oldu. Hətta universitetdə oxuyan zaman adımı dəyişmək istəyirdim"

Xalq artisti sosial şəbəkədə tənqidi rəy yazanalara da münasibət bildirib: "Şərh yazılanda sanki insanlar heç bir şey görmürlər. Ağzından çıxan söz sahibinə aiddir. Əgər bəyənmirsənsə, izləmə. Beldən aşağı vurmaq olmaz. Hər şeyin ədəb-ərkanı var. Ağzına gələni yazmağa heç kimin ixtiyarı yoxdur".

Zülfiyyə Xanbabayeva insanların musiqi zövqünün dəyişdiyini deyib: "İllər ərzində mən dəyişmədim, tamamşaçıların zövqü dəyişdi. Sözün əsl mənasında biz Azərbaycan estrada musiqisini təbliğ edirdik. Mənə hazırda çox çətindir ki, hansı janrda işləyim. Amma məni öz yolumdan heç kim döndərə bilməz".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər