13 Aprel 2021 14:52
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Mehin Hümbətova növbəti mahnısını təqdim edib.

Teleqraf.com xəbər verir ki, "Ağlama" adlı mahnının sözlərini və musiqisini Əməkdar artist Rəşad Haşımovla oğlu Mircamal Haşımov ərsəyə gətirib.

Mehin Hümbətova bildirib ki, rejissor Emin Muradovla məsləhətləşərək mahnını video şəklində yayımlamaq qərarına gəlib. O, növbəti klipinin də hazır olduğunu, yaxın aylarda təqdim ediləcəyini söyləyib.

Operatorluğunu Murad Muradlının etdiyi "Ağlama" ifaçının rəsmi Yutub kanalında paylaşılıb.

Qeyd edək ki, sənətçi uzun müddətdir ifaçılıq sənətindən uzaqlaşsa da, aktrisalıq və aparıcılıq edirdi.

Mehin Hümbətova hazırda da AzTV-də yayımlanan "1 AzTV" verilişinin aparıcısıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər