14 Aprel 2021 17:19
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Damla xanım nə siqaret çəkir, nə də içki içir. Rəqsanə xanımın fikirlərinə münasibət bildirə bilmərəm. Amma belə bir atalar sözü var, od olmayan yerdən tüstü çıxmaz".

Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Damlanın meneceri Şəhriyar Abışov deyib.

O, Rusiyada Damlanın iştirak etdiyi toy mərasimində yaşanan polis basqınına da münasibət bildirib: "Hər şey yaxşıdır. Damla xanım hələ ki Moskvadadaır. Oradan aprelin sonunda gələcək. Toy mərasimi zamanı katejdə silahdan atəş açılmışdı. Polis gəldi, qadınlara heç nə olmamışdı, amma kişiləri dindirilməyə aparmışdılar".

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova yaxın günlərdə Rusiya toylarında iştirak edən azərbaycanlı müğənnilər haqqında ittihamlar səsləndirib: "Damağınızda siqaret, kişilərin qucağında oturursuz. Siqareti kişi çəkər. Şadlıq saraylarından çıxıb, başqa yerlərə deyil, evinizə gedin".


Müəllif: Rəqsanə Həsənova