20 Aprel 2021 16:27
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qurd" ləqəbli reper Fərid Eminov Bakı Nəqliyyat Agentliyində (BNA) vəzifəyə təyin edilib.

Fərid Eminov Teleqraf.com-a açıqlamasında artıq yeddi aydır BNA-da baş mühəndis kimi çalışdığını deyib:

"Bakı Nəqliyyat Agentliyində boş yer var idi. Oraya müraciət etdim və qəbul olundum. Mən 22 yaşımdan bir çox şirkətlərdə mühəndis kimi çalışmışam. Bu sahədə dayanmamışam, daim fəaliyyət göstərmişəm. Bu, mənim ikinci işimdir.

Pandemiya bitdikdən sonra da həm reper, həm də baş mühəndis kimi fəaliyyətimə davam edəcəm".

Qeyd edək ki, Fərid Eminov Nəqliyyat Agentliyində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə baş mühəndis vəzifəsinə təyin edilib.



Müəllif: Rəqsanə Həsənova