30 Oktyabr 2014 12:01
1 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur “Kurt Seyit ve Şura” serialı üç həftə sonra yayımını dayandıracaq.

Teleqraf.com “Hürriyət”ə istinadən xəbər verir ki, “Star” TV-də yayımlanan serialın gözlənilən reytinqi yığa bilməməsi onun yarımçıq dayandırılması qərarının verilməsinə səbəb olub. Ssenarisində və aktyor heyətində hər nə qədər dəyişiklik edilsə də ekran işi istənilən reytinqi yığa bilməyib. Serial indiyə kimi xarici ölkələrdə satışı sayəsində efirdə qalmağı bacarıb.

Qeyd edək ki, serialın ssenarisi Ece Yörençə, rejissorluğu isə Hilal Sarala məxsusdur. Baş rollarda Kıvanç Tatlıtuğ, Fərəh Zeynəb Abdullah (Şura), Fəxriyyə Evcən (Murka) və başqaları çəkiliblər.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər