21 Aprel 2021 15:39
1 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən xalq artisti Niyaməddin Musayev səhhətindəki son durumdan danışıb.

Xalq artisti Teleqraf.com-a açıqlamasında vəziyyətinin yaxşılaşdığını deyib: "Səhhətim yaxşılığa doğru gedir. Hələ ki, xəstəxanadayam. Nəfəs almağım düzəlir. Bir neçə gün xəstəxanada qalacam. Həkimlərimizə, dövlətimizə təşəkkür edirəm".

Qeyd edək ki, Niyaməddin Musayev koronavirusa yoluxub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər