Müğənni Roza Zərgərli aparıcı Zaur Baxşəliyevin müdafiəsinə qalxıb.
Teleqraf.com xəbər verir ki, Roza Zərgərli İnstaqram hesabında bu sözləri yazıb: "Zaur Baxşəliyev illərdir ki, efirdə aparıcılıq edir, can qoyur. O, nəinki aparıcılıq edir, hətta xalqa xidmət göstərir. Xalqımızın kasıb təbəqəsinin dərdinə şərik, efirdə minlərlə xəstənin şəfasına vasitəçi olub. Hər zaman əlindən gələni etməyə çalışıb. Heç vaxt yıxılana balta vurmazlar. Verilişin bir günlük bağlanması ilə bağlı rəyləri oxuyub, çox pis oluram. Bəzi insanlar "Yaxşı oldu, birdəfəlik bağlanardı" və s. kimi fikirlər ifadə edirlər. Səbəb nədir?! Səbəb Zaurun efir vasitəsi ilə xəstələrin şəfası üçün vasitə olmasıdır. Zaur Baxşəliyevin efirdən getməsini istəyənlər, siz digər insanları fikirləşmirsiniz?! Vallah ayıbdır. Zaur öz sözünü demiş aparıcıdır. Biz onunla, etdiyi əməlləri ilə fəxr edirik".
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişinin yayımı bir günlük dayandırılıb. Kanal cərimə edilib.