26 Aprel 2021 17:03
1 915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Cavanşir Məmmədov MTV Azərbaycan kanalıda qonaq olub.

Teleqraf.com xəbər verir ki, Cavanşir Məmmədov plastik əməliyyat edəcəyini bildirib:

"Azərbaycanda saç əkdirən Cabbar Musayev, Vasif Məhərrəmli, Elariz Məmmədoğlu, dördüncü də mən olmuşam. Deyirlər, kişi niyə saç əkdirir? Saç əkdirmək nədir ki? Məsələn, mənim göz qapaqlarım sallanır. Mayda plastik əməliyyata gedəcəm.

Dostum deyib ki, 20 dəqiqə ərzində iynə ilə əməliyyat edəcəm. Mənim sənət dostlarımdan iki-üç nəfər bu əməliyyatı elətdiriblər. Botoks etdirməmişəm, elətdirsəydim, qırış olmazdı. Göz qapaqları əməliyyatında sonra ehtiyac olarsa, botoks da elətdirəcəm".


Müəllif: Teleqraf.com