Xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Ağadadaş Ağayevin sosial şəbəkədə ölüm xəbəri yayılıb.
Teleqraf.com xəbər verir ki, Hacı Nuran Türkiyədə özəl xəstəxanaların birində əməliyyat edilən Ağadadaş Ağayevi ziyarət edib: "İnsanın hissləri ilə oynamaq olmaz. Reytinq naminə kiminsə milyonlarla pərəstişkarını, ailəsini üzmək olmaz. Hazırda Ağadadaş Ağayevin yanındayam. Bu xəbərlərə baxıb gülür. Amma gözlərinin dərinliyində təəssüf hissi olduğunu görürəm.
Ağadadaş Ağayev sağ-salamatdır, müalicəsi davam edir. Həyat yoldaşı da, mən də yanındayıq. Narahatlığa heç bir əsas yoxdur".