6 May 2021 12:40
1 858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri “Onsuz” adlı yeni klipini təqdim edib.

Teleqraf com xəbər verir ki, sənətçi mahnını afrikalı ifaçı İdd Azizlə duet şəklində səsləndirib.

Mahnının sözləri və musiqisi Buzza aiddir.

“Klipi 21 yaşlı gənc fotoqraf Lamonkeeey ekranlaşdırıb. Çəkilişimiz bir gün davam etdi. Sadə bir kamera ilə, heç bir işıq qurulmadan ərsəyə gətirdik. Klipimizdə heyvanlara, təbiətə, dostlara sevgini aşılamağa çalışdıq”, - deyə Nura Suri bildirib.

Müğənni yeni işləri və pandemiya ilə bağlı fikirlərini də dilə gətirib: “Bu bir il iki ay ərzində üç yeni mahnı yazdırdım, üç klip çəkdirdim və fotosessiyalar etdim. Bilirsiniz ki, bu müddət ərzində pandemiyadan ən çox zərər çəkən musiqiçilər oldu, amma bir çox sənətçi yeni mahnılar və kliplər təqdim edə bildi. O cümlədən mən...

Sizdən xahişim odur ki, “Yutub” kanalıma dəstək olun. Abunə olun, kliplərimə şərhlər yazın, bəyənin. Dijital platformalarda albomlarım və yeni mahnılarım da mövcuddur. Yalnız mənə deyil bütün musiqiçi dostlarıma dəstək olmanızı xahiş edirəm. Bizi sizin dəstəyiniz və sevginiz ilhamlandırır”.

Qeyd edək ki, klipdə N.Surinin dostları və oğlu David də yer alıb.


Müəllif: Teleqraf.com