Aparıcı Lalə Əlimuxtarova avtomobil qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynovun bacısının reanimasiyaya yerləşdirilməsini yalanlayıb.
Teleqraf.com xəbər verir ki, aparıcı İnstaqramda bu sözləri qeyd edib: "Hamı pərişandır, dostumuz Aslanı itirdik. Yalan məlumat yayıldığına görə, ailə stress keçirir. Aslan Hüseynovun həyat yoldaşı Samirə xanımın adından deyirəm. O, mənim ailə dostumdur. Nə Aslanın bacısı xəstəxanadadır, nə də pis hallar baş verib. Təbii ki, ailə yas içindədir. Onlar onsuz da yaralıdırlar, haqqa girməyin, yalan məlumat yaymayın. Bacısı Nailə xəstəxanaya yerləşdirilməyib, yanlış məlumatdır. Yaxud da deyirlər ki, yas mərasimi verməyə imkan çatmır. Qəbri bu gündədir. Bu insan yeni basdırılıb. Niyə belə söz-söhbət yayırlar?! Şükür Allaha gözəl qazanıb, ailəsinə pul da qoyub".
Qeyd edək ki, rəqqasə Fatimə Fətəliyeva Aslan Hüseynovun bacısının reaninasiyaya yerləşdirildiyini deyib.