Türkiyəli müğənni Sərdar Ortaç peyvənd olunub.
Teleqraf.com xəbər verir ki, Sərdar Ortaç İnstaqramda fotosunu paylaşaraq "Hamının peyvənd olunması lazımdır", - deyə qeyd edib.
Qeyd edək ki, 51 yaşlı Sərdar Ortaç illərdir MS xəstəliyi ilə bilinən multiple skleroz (dağınıq skleroz) və otoimmün xəstəliyi ilə mübarizə aparır.