19 May 2021 15:39
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan MTV Azərbaycan kanalında yayımlanan "Üz-üzə" verilişində səmimi açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Elza Seyidcahan şəxsi həyatından danışıb: "İnsan sevməsə həyatda necə yaşaya bilər?! İnsan üçün sevgi çox vacibdir. Ürəyim sevgi ilə doludur, hər zaman sevirəm... İnsan xəyallarında belə sevirsə, bu, sevgi deməkdir. Qadın nə etməlidir ki, xoşbəxt olsun?! Hər şeyin dərinliyinə getməməlidir. Qadın bağışlamağı bacarmalıdır, gözütox olmalıdır. Həm xanım, həm də sevgili olmalıdır".

Əməkdar artist "Xəyanəti bağışlamısınız?" sualına isə belə cavab verib: "Əks cins tərəfindən heç zaman xəyanət, yalan görməmişəm. Bəlkə görməyə vaxtım olmayıb. Amma daim məni ailədə bacı, qohumlar, qaynana tərəfindən qısqanıblar. Guya məni çox sevdiklərinə görə ediblər. Kişilər güclü qadınları sevirlər, sadəcə bunu göstərmirlər. Kişilər təkəbbürlü qadınları sevmirlər. Qadın hər zaman xanımlığını saxlamalıdır".

Elza Seyidcahan ailəsinin dağılmasından da danışıb: "Yaxşı ki, ailəm dağıldı, ana-ata evinə gəldim. Yoxsa aylarla valideyn evinə həsrət idim. Hadisələr keçmişdə qalıb, bu haqda danışmaq istəmirəm.
Həyat davam edir. Yəqin gələcəkdə həyatımda dəyişikliklər olacaqsa, görəcəksiniz".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər