Aparıcı Nigar Mahmudova Türkiyədə Hülya Avşarla bir araya gəlib.
Teleqraf.com xəbər verir ki, Nigar Mahmudova Hülya Avşar ilə İnstaqramda görüntüsünü paylaşıb.
Hülya Avşar "Azərbaycana salam göndərirəm. Hər kəsi tək-tək öpürəm. Bir gün görüşərik", - deyərək sevgisini bildirib.
Qeyd edək ki, Nigar Mahmudova Türkiyədə Azərbaycanın media qrupunun açdığı “Haber Global” kanalında redaktor işləyir.