Türkiyəli aktrisa Serenay Sarıkaya iş adamı Haldun Demirhisar ilə münasibəti haqqında ilk dəfə danışıb.
Teleqraf.com xəbər verir ki, Serenay Sarıkaya iş adamı ilə dost olduğunu deyib.
"Yeni bir söz demək istəmirəm, əvvəl də bu xəbərləri təkzib etmişdim. Birlikdə görüntüləndiyimiz ev mənimdir. Dostlarla görüşmək normaldır. Hər dəfə yayılan eyni xəbərləri yalanlamaq istəmirəm".
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Seranay Sarıkayanın Haldun Demirhisarın evində görüntüləndiyi qeyd edilmişdi.