Məşhur rəqqasə-aktrisa Oksana Rəsulova oğlu Osmanla fotosunu sosial şəbəkədə paylaşıb.
Teleqraf.com xəbər verir ki, Osmanın üzünü göstərməyən Oksana Rəsulova fotoya belə bir qeyd yazıb: "Allah hər bir qadına ana olmağı nəsib etsin, hər bir övlada da ana... Uşaqlar bizim həyatımızın önəmli parçasıdır, onları sevmək, bəsləmək lazımdır, amma qədərində. Allah bütün balaları saxlasın".
Qeyd edək ki, Oksana Rəsulova oğlu Osmanın atasının Türkiyədə yaşadığını bildirib.