2 İyun 2021 11:53
2 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar müğənni Murad Arif MTV Azərbaycan kanalında "Üzə-düz" verilişində etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər ki, Murad Arif karyerasına yüksək məbləğdə pul xərclədiyini deyib: "Yeddi ilə karyerama yarım milyona yaxın pul xərcləmişəm. Bəlkə də, “TikTok”, “İnstaqram” dönəmində çıxıb meymunluq eləyib, tutmaq olur... Amma səni meymunluğuna görə çağıracaqlarmı? Yox!

Bizdə bəziləri deyir ki, mənə şou-biznes sözünü deməyin! Şou və biznes sözünə niyə belə diksinirsiz? Bizim təltifetmə tədbirlərimizi “Oskar” mükafatı ilə müqayisə edə bilərikmi? Xeyr! Müğənnilərimizin konsertini Beyonsun konserti ilə müqayisə edə bilərikmi? Yox!

Ona görə ölkəmizdə boşanmaların sayı çoxalıb ki, insanlar daha az dözmək, daha çox karyera haqqında düşünmək istəyir. Keçmişdə belə idi: ayağını qır evdə otur, şiddətə, qayınata, ər təzyiqinə, qayınana söyüşlərinə döz. Beləliklə, psixoloji cəhətdən qırıq, çat vermiş nəsillər yetişdirdik. Bəs bunun nəyi yaxşıdır? İki insanda ailə alınmırsa, ayrılmaq daha yaxşıdır!

Mən ailəmin içində hüzur tapıram, özüməm, rahatam, sərbəstəm, azadam. Mən ölərəm ailəmsiz! Mənfi enerjilərdən, təzyiqlərdən, dilə düşməkdən o qədər qorxuram. Heç vaxt ikinci dəfə evlənmərəm. Evlilik yalnız bir dəfə olmalıdır. Bu mənim üçün birdəfəlik həll olunmuş mövzudur".

Murad Arif mərhum atası haqqında da danışıb: “Atamla ən son ünsiyyətimiz xəstəxanada oldu. İstənilən yaşda valideyn itkisi insanı incidir. Sən heç vaxt buna hazır ola bilmərsən! Təsəllli insanın özünü aldatmasıdır. Can gedirsə, o özü ilə bir dünya aparır. Ağlayırıq, amma göz yaşlarımız bizim eqoizmimizdir. Sən getdin, mən sənsiz qaldım! Məni qoyub hara getdin?

Müğənni və ifaçı kimi özüm haqqında yüksək fikirdə deyiləm. Oxuya bildiyim qədər yazıram, yaza bildiyim qədər oxuyuram".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər