Xalq artisti Ofelya Sənani xalq artisti Ramiz Əzizbəylidən danışıb.
Ofelya Sənani Teleqraf.com-a açıqlamasında mərhum xalq artisti ilə qohum olduğunu deyib: "Həm ailəsi, həm də cəmiyyətimiz üçün böyük itkidir. Biz qohumuq. Koronavirusa yoluxmadan öncə görüşmüşdük, evinə getmişdim. Xəstəxanaya yerləşdirdilər, orada da infarkt keçirdi.
Çox ağıllı, zəkalı insan idi. Baxmayaraq ki, ağır xəstəliklərə düçar oldu, ailədə xanımı Zümrüd xanım ona çox yaxşı qulluq edirdi. Çox möhkəm insan idi, onu koronavirus apardı.
Həmişə deyirdi, darıxıram, bizə gəlin. Çünki cəmiyyət insanı idi, qıraqda qala bilməzdi. Qohum-əqrəbanı çox sevirdi, hamı ilə maraqlandırdı. Onun ölümüm hamı üçün böyük itkidir!"