21 İyun 2021 16:50
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ulduzu Jan Klod Van Dammın oğlu Kris Van Damm azərbaycanlı musiqiçi Suada Hacızadə ilə ailə qurmasını ictimaiyyətə açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Kris Van Damm azərbaycanlı həyat yoldaşı ilə fotosunu paylaşaraq bu sözləri qeyd edib: "Daxili və xarici mübarizədən sonra, nəhayət, bunu reallaşdırdıq, sizin sayənizdə Suada Hacıyeva! Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Birlikdə həyatımızın başlanğıcındayıq. Bizə, ailəmizə və dostlarımıza eşq olsun".

Qeyd edək ki, cütlük bir müddət əvvəl Azərbaycanın İstanbuldakı Baş konsulluğunda evləniblər.










Müəllif: Rəqsanə Həsənova