Müğənni Vüsalə Rəcova “Sevməyi öyrədim” klipindən sonra yenidən gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, cütlüyün iki həftə öncə sözügedən klipin təqdimatı zamanı gözdən qaçmayan səmimi münasibətinin arxasında sevgi hisslərinin dayandığı bəlli olub. Hər iki tərəf məlumatı təsdiqləyib.
V.Rəcovanın tərəf müqabili Qafur klipdə etdiyi xəyanəti həyatda əsla təkrarlanmayacağını bildirib.
İfaçı özü isə hisslərini belə etiraf edib.
“Təqdimatda mənə sevdiyim ağ gülləri gətirdi. Üzərində daşlarla adımın baş hərifi həkk olunmuşdu. O, hisslərini aşkar etdi. Atdığı hər addımda sevgi var və onunla olan dostluğum artıq sevgiyə çevrildi” – deyib.
Rüstəm