14 İyul 2021 23:55
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aktyor Kadir Doğulu "Aşkın Tarifi" serialında tərəf müqabili olan Serra Arıtürk ilə yayılan səmimi görüntülərinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Kadir Doğulu mətbuat nümayəndələrinin "Həyat yoldaşınızın reaksiyası necə oldu?" sualını cavablandırıb.

"Hər şey qaydasındadır. Bu bir komanda işidir, səmimi görüntülərə baxmayın. Hər kəs rahat olsun. Allaha şükür ki, problemimiz yoxdur", - deyə söyləyib.

Qeyd edək ki, Kadir Doğulu ilə Neslihan Atagül evlidir.





Müəllif: Rəqsanə Həsənova