Müğənni Cavanşir Məmmədov ilə həmkarı Mənzurə Musayeva arasında ARB televiziyasında qalmaqal baş verib.
Teleqraf.com xəbər verir ki, Mənzurə Musayevanın "Duet ortaqları sevgili olurlar" ifadəsi Cavanşir Məmmədovu özündən çıxarıb.
Müğənni Mənzurə Musayevanın ünvanına tənqidi fikirlər səsləndirib: "Öz gözlərində tir görməyənlər başqa gözlərdə mil axtarırlar. Adam danışanda qadın olduğunu da düşünməlidir. Biz çayın nəyin üzərindən axdığını açıb-tökmərik, amma danışanda diqqətli olmaq lazımdır. Elə danış ki, həmin quyuya özün düşə bilərsən. Flora Kərimova ilə Gülağa Məmmədov duet oxuyublar, onlar sevgili idilər? Yaşar Səfərov ilə Elmira Rəhimova sevgili idi? Deyir ki, Səyyad Əlizadə ilə Mətanət sevgili idi. Utanmırsan?! Onun ailəsində problemlər yaradırsan. Adama bir-iki dəfə deyərlər. Mən sənə bir dəfə də xəbər göndərdim ki, özünü yığışdır, danışığına fikir ver, mənim haqqımda da demisən. Biz çox hadisələrin şahidi olmuşuq".
Məsələ ilə bağlı Səyyad Əlizadə ilə əlaqə saxlamağa çalışdıq. Müğənni telefon zənglərinə cavab verməyib.