25 İyul 2021 12:42
2 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Səməd Səmədov bu gün dəfn ediləcək.

Bu haqda Teleqraf.com-a açıqlamasında Səməd Səmədovun duet ortağı Sevda Əliqızı məlumat verib.

"Vida mərasiminin keçirilib-keçirilmədiyini bilmirəm. Həyat yoldaşı Türkiyədə idi, istirahətə getmişdi. O, bu gün saat 15:00-da hava limanında olacaq. 16:00-da isə Səməd Səmədov bacısının dəfn edildiyi Yasamal qəbiristanlığında (Qurd Qapısı) torpağa tapşırılacaq. Övladları isə gecə Moskvadan gəldilər", - sənətçi bildirib.

Qeyd edək ki, Səməd Səmədov ötən gün "Yeni klinika"da 75 yaşında koronavirusdan dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova