Azərbaycanın məşhurları Türkiyə vilayətlərində baş vermiş yanğın hadisəsinə görə qardaş ölkəyə dəstəklərini nümayiş etdiriblər.
Teleqraf.com xəbər verir ki, onlar sosial şəbəkədə paylaşım ediblər.
Faiq Ağayev: "Bütün yurdumuz alov aldı. Adana, Muğla, Mersin, Bodrum, Osmaniyə, Kayseri, Marmaris, Didim, İzmir, Kocaeli, Kozam, Kütahya... Allah rəhmini göstərsin! Qardaş Türkiyə üçün dua edirik. Bütün dünyanı yardım etməyə çağırıram. Türkiyəni tək qoymayaq!"
Aygün Kazımova: "İçimiz yanır".
Röya Ayxan: "Sizinləyik, Türkiyə!"
Namiq Qaraçuxurlu: "Allah köməyiniz olsun, qardaş-bacılar! Dualarımız sizinlədir!"
Nailə İslamzadə: "Meşələriniz, evləriniz, canınız, qəlbiniz yanır. Bütün dualarımız sizinlədir! Bizim də qəlbimiz sizinlə birlikdə yanır".
Günel Zeynalova: "Canım Türkiyəm!"
Abbas Bağırov: "Bu vəhşiliyi edənlərin Allah bəlasını versin! Başın sağ olsun, qardaş Türkiyə!"
Afaq Gəncəli: "Allah kömək etsin!"
Mətanət Əliverdiyeva: "Deyirlər meşədə vəhşi heyvanlar var. Yox! Vəhşi bunu edən insandır. Allah səni qurtarsın, Türkiyəm!"
Aytən Səfərova: "Dualarımız səninlədir, Türkiyə! Allah qorusun".
Xoşqədəm Hidayətqızı: "Can Türkiyəm".
Murad Dadaşov: "Dualarımız səninlədir, Türkiyə".
Manana Caparidze: "Allah Türkiyəni, türk millətini, bacı-qardaşlarımızı qorusun! Dualarımız sizinlədir".
Zabit Səmədov: "Türkiyə...".