Xalq Artisti Röya Ayxan və müğənni Zamiq Hüseynov yeddi il sonra yenidən bir araya gəlib.
Teleqraf.com xəbər verir ki, iki məşhur sima bu dəfə mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarına müraciət edib.
"Neylərsən?" adlı mahnının sözləri Nuridə Atəşi, musiqisi Faiq Sücəddinova aiddir. Mahnının yeni aranjemanını Samir Şirinov edib.
Röya Ayxan və Zamiq Hüseynov təkcə mahnı ilə kifayətlənməyərək sözügedən bəstəyə klip də çəkdirib. Klip rejissor Dele Orucluya həvalə olunub.
Qeyd edək ki, cütlük bundan əvvəl “Sevdim” adlı mahnını duet şəklində ifa etmişdilər.