4 Avqust 2021 14:31
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan “Fire Land Production”ın təşkilatçılığı, Müdafiə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün növbəti dəfə “Mənim atam qəhrəmandır” adlı tədbirdə iştirak edib.

Teleqraf.com xəbər verir ki, tədbirin məqsədi torpaqlarımız uğrunda canını fəda edən əziz şəhidlərimizi bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini, eləcə də balacaların yoqa təlimlərinə qatılmasını təşkil etməki olub.

Tədbirdə Xalq artisti Röya Ayxan övladı Hüseynlə iştirak edib. Aparıcı Leyla Quliyeva şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə xanımla tədbirin fəxri qonağı olan Röya Ayxanı səhnəyə dəvət edib. Röya “Sizin kimi ana olmaq istəyirik”-deyib, şəhid anasına belə övlad yetişdirdiyi üçün təşəkkür edib.

Tanınmış müğənni uşaqlarla birlikdə “Zəfər himni”ni oxuyub. Onlar səmaya ağ göyərçinlər uçuraraq, dünyaya “Müharibə olmasın!” mesajını göndəriblər. Daha sonra sənətçi iştirakçılar üçün “Göyərçin” mahnısını da səsləndirib.


Müəllif: Teleqraf.com