AzTV-nin aparıcısı Aydan Axundova "Vaksin vurdurmayın" fikrinə aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında yazıb:
"Məsələ bir vətəndaşın adi bir statusundan gedir. Bunu şişirdib, hətta çalışdığım kanalın adını hallandırmaq sözün əsl mənasında rəzillikdir. Mən səhv etdim. Yazdığım statusa reaksiya gəldi və həkimlər mənə analizlər nəticəsində sübut etdilər ki, anamın indiyə qədər sağ qalmasına məhz zamanında vaksin vurdurmasıdır. Bir daha hər kəsə təşəkkür edir, yazan, zəng edən, narahat olan hər kəsdən üzr istəyirəm".