Müğənni Talıb Talenin başına iş gəlib.
Teleqraf.com xəbər verir ki, Gürcüstanda istirahətdə olan Talıb Tale COVİD-19 pasportuna görə ölkəmizə buraxılmayıb: "Tbilisidəyəm, əslində indi Bakıda olmalı idik. Amma doğru bildiyimiz yanlış ucbatından Bakıya gələ bilmədik. Bir neçə gün öncə Gürcüstan vasitəsi ilə xaricə səfər etdik. COVİD pasportu ilə başqa ölkəyə getdik. Həmin ölkədən də COVİD pasportu ilə Gürcüstana geri döndük.
Bu gün Gürcüstandan Bakıya qayıdanda hava şirkətlərindən biri uçuşumuza icazə vermədi. Bildirdilər ki, vaxtında COVİD testi verməlisiniz.
Necə oldu ki, digər ölkələrdə COVİD pasportumuz qəbul edildi, qayıdandan öz ölkəmizin şirkəti bunu qəbul etmədi? Bu yanlış ucbatımdan bir çox vətəndaşlarımız problem yaşayır. Bizim biletlərimizi başqa vətəndaşlara satdılar. Pandemiyadan bəzi yaralananlar olur. Ona görə də demək istəyirəm ki, COVİD pasportu ilə ancaq ölkəmizi tərk edə bilirik".