15 Sentyabr 2021 12:51
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Yaqub Zurufçu ilə vida mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, əməkdar artist son mənzilə 1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) yola salınır.

Vida mərasimində ailə üzvləri, sənət yoldaşları ilə yanaşı Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak edir.

Qeyd edək ki, sənətçi Bakının "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.


Müəllif: Rəqsanə Həsənova