22 Sentyabr 2021 12:35
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Aytən Səfərova oğlu Raulu birinci sinfə yola salarkən məktəbdəki izdihamı tənqid edib.

Teleqraf.com xəbər verir ki, Aytən Səfərova İnstaqramda foto paylaşaraq belə qeyd edib: "Valideynlər şikayət edirlər, amma düzünü deyəcəm. Bilirsiniz ki, 26 ildə düzünü deyirəm. Məktəbə bir uşağı evdən səkkiz nəfər yola salır. Heç bir müəllim qınalınası deyil.

Sonra da deyirlər ki, izdihamdı, dayanıb gözləyirik. Əlbəttə, gözləyəcəksiz. Bir uşağı az qala bütün nəsil yola salmağa gəlir. Elə şey etmək olmaz.

Nə isə, uşaqların zehni açıq olsun. Hamıya xoş tədris ili arzulayıram".

Aparıcı daha sonra məktəbdə qarşılaşdığı problemi də dilə gətirib: "Ağzigöyçəklər üçün məlumat: mən və kadrda gördüyünüz valideynlər məktəbə qapıdan ən axırda daxil olduq. Bir dəqiqə keçmədi hamımızı çıxartdılar".


Müəllif: Rəqsanə Həsənova