23 Sentyabr 11:58
282

Xalq artisti Zülfiyyə Xanbabayeva Şuşaya ikinci dəfə səfər edib.

Teleqraf.com xəbər verir ki, müğənni Şuşada şəhid anaları ilə görüşüb:

"Bizim əziz, şəhidlik zirvəsinə çatmış qəhrəmanlarımız, sayənizdə qanınız bahasına geri qayıtmış Şuşamıza bir daha səfər etdik. "Mənim Atam Qəhrəmandır", "Mənim Oğlum Qəhrəmandır" silsilə layihə çərçivəsində sizin şəhid olduğunuz torpaqlarda valideynləriniz, həyat yoldaşlarınız və gül balalarınız bir daha görüşdük.

Şuşa əlindən öpüləsi analarınızı ustad Alim Qasımovun azan səsi ilə qarşıladı. Ruhunuza duallar oxuduq, ömrümüzün sonuna qədər sizə minnətdarıq. Sizi dünyaya gətirən anaların qarşısında baş əyirik. Nur içində yatın!"


Müəllif: Rəqsanə Həsənova