27 Sentyabr 16:47
409

Bu gün Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin anım günüdür.

Teleqraf.com xəbər verir ki, məşhurlar anım günü ilə əlaqədar sosial şəbəkədə paylaşım ediblər.

Faiq Ağayev: "Sən Qalibsən! Zəfər sənə yaraşır! Şəhidlərimizin əziz ruhlarına dərin etiramla, müzəffər Azərbaycan Ordusuna sonsuz sevgi və sayğı ilə, Ali Baş Komandan - İlham Əliyevə sarsılmaz inamla.
Yaşasın Azərbaycan!".

Aygün Kazımova: "Vətən uğrunda canından keçən şəhidlərimizi ehtiramla anırıq. Xalqımıza zəfər yaşadan qəhrəmanlarımızın ruhları qarşısında baş əyirik. Allah şəhidlərimizə rəhmət etsin".

Zülfiyyə Xanbabayeva: "Həyatımızın sonuna qədər, bizdən sonra gələcək nəsillər üçün də əsrlər boyu yaddaşlarda qalacaq tarix yazdılar! Qəhrəmanlarımızı dünyaya gətirən analarımız, bir ömür boyu minnətdarıq! Allah sizə səbir versin! Şəhidlərimizə rəhmət eləsin!".

Röya Ayxan: "Düz bir il əvvəlin bu günü ordumuz tarix yazmaq üçün cəbhəyə yollandı. Qürurverici andır ki, onlar 30 ilə yaxın həsrətini çəkdiyimiz işğal altında olan torpaqlarımızı sonunda bizə qaytardılar. Bu uğurda iştirak etmiş, zəfər qazanmağımızda adı olan şəhidlərimizi yad edirik. Qazilərimizə şəfa, şəhid analarına səbr diləyirik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Fərid Mansurov: "Allah bütün şəhidlərimizə rəhmət etsin və yaralı hərbçilərimizə şəfa versin".

Rafael Ağayev: "27 sentyabr, Anım Günü, Ruhunuz şad olsun".

Rasul Çunayev: "Şəhidlərimizi unutmuruq və unutmayacağıq. Azərbaycanın rəşadətli ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbə bizim Zəfər səlnaməmizdir. Ulu Tanrıdan qazilərimizə möhkəm cansağlığı diləyirəm. Şəhidlərimizin ruhu şad olsun, uğrunda canlarını qurban verdikləri doğma Qarabağımız azaddır. Müzəffər Ali Baş Komandanın dediyi kimi: Qarabağ Azərbaycandır!".

Namiq Qaraçuxurlu: "Hər zaman varsınız! Qəlbimizdə əbədi taxt qurmuş insanlar!".

Nərgiz Cəlilova: "Allahım, şəhid ana və bacılarımıza səbr ver, onların balalarını qoru! Əziz şəhid qardaşlarımız, məkanınız cənnət, ruhunuz şad olsun! Haqqınızı halal edin".

Məlahət Abbasova: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şanlı ordumuzun igid oğullarına, qazilərimizə Allahdan sağlıq diləyirəm".

Miri Yusif: "27 Sentyabr bütöv Azərbaycan xalqının uzun illərdir həsrətlə, böyük qisas hissi və arzusu ilə gözlədiyi hadisələrin başlandığı tarixdir. Ali Baş Komadanın əmri ilə igid əsgərlərimiz bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. 44 gün ərzində bir addım belə geriyə çəkilmədən düşmən tapdağı altında olan bütün torpaqlarımızı işğaldan azad etdi. Qələbəmizin əsas memarları olan şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, qazilərimizə çəkdikləri əziyyətə görə dərin minnətdarlığımızı bildiririk. Bir daha müharibə görməmək diləyi ilə, Allah rəhmət etsin".


Müəllif: Rəqsanə Həsənova