28 Sentyabr 2021 11:39
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Aytən Səfərova Türkiyənin məşhur serialı olan "Kuruluş Osman"ın prodüser və ssenaristi Mehmet Bozdağa məktubuna cavab vermədiyi üçün etirazını bildirib.

Teleqraf.com xəbər verir ki, Aytən Səfərova İnstaqramda Mehmet Bozdağın "Kuruluş Osman"ın yayın tarixinin paylaşdığı anonsun şərh bölümünə bu sözləri yazıb: "Mehmet bəy, sizə keçən il də məktub yazdım, cavab vermədiniz. "Bozdağ" filmə də zəng etdim, cavab verən olmadı. Mən anlayıram ki, siz bakanlarlarla oturub-duran birisiniz. Azərbaycan mediasında çalışan bir jurnalist sizin üçün heç kim ola bilər, amma hörmət əlamət olaraq "hə", yaxud "yox" yazın".

Qeyd edək ki, "Kuruluş Osman" serialı Türkiyənin ATV kanalında yayımlanır. Ekran əsərində baş rolu aktyor Burak Özçivit canlandırır.








Müəllif: Teleqraf.com