Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin səhhətində dəyişiklik yoxdur.
Bu haqda Teleqraf.com-a müğənninin kürəkəni Razim Qarayev məlumat verib.
O deyib: "Səyyad Əlizadə EKMO cihazına qoşuludur, temperaturu düşməyib. Səhhəti ağır olaraq qalır".
Qeyd edək ki, müğənni Gömrük klinikasına yerləşdirilib.