Müğənni Şəbnəm Tapdıq haqqında deyilən “özündənrazı” ifadəsi ilə razılaşmır.
Teleqraf.com xəbər verir ki, ifaçı bu barədə qonaq olduğu “Hər şey daxil” verilişində etiraf edib:
“Mən “poliqlot” müğənniyəm. 16 yaşımdan səhnədəyəm. Mənim adımı neçə ailə övladına qoyub. İndi “Şəbnəm” adlı aparıcılar, müğənnilər var. Özümdənrazı deyiləm. Sənətimi bilən biriyəm. Mənə deyirlər, indi sənin dövrün deyil. İnsan var ki, 50 yaşından sonra daha da parlayır. Mən o vaxtlar efirə çıxanda heç zaman qabaqcadan elan etməmişəm ki, filan yerdə olacam. Adım çəkilib, insanlar özləri konsertimə gəliblər. İndi mənə güclü, sidq ürəkli sponsor lazımdır ki, yenidən çiçəklənim. Məni dəstəkləməlidir ki, tez-tez reklam olunum. Heç kimin sənətimin böyüklüyünə şübhəsi olmasın”.
Rüstəm