Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidova həyat yoldaşının ikinci dəfə nişanlanmasını gizlədən qaynanasına cavab verib.
Teleqraf.com xəbər verir ki, Canana Həmidova İnstaqramda Kərimin nişan mərasiminin baş tutduğunu açıqlayıb: "Verilişdə deyib ki, təsadüfi addır. Bilin ki, mən heç nəyi yalan danışmıram. Kərimlə son danışığımızda özü mənə elçi getdiklərini dedi. Cavab verdim ki, Allah xoşbəxt etsin, ancaq bil ki, balalarımı ögey anaya verməyə görə həyata gətirməmişəm. Mənim uşaqlarımı qaytar.
Kərim isə "onlar mənə lazım deyil, hakim elə qərar verib" deyə bildirdi. Uşaqlar olanlara şahiddir. Tuncay dünən dedi ki, mən Ayseli qəbul edən deyiləm, o, mənim anam ola bilməz".
Qeyd edək ki, Mətanət İsgəndərli "Onda görüşək" verilişində məlumatların əssasız olduğunu demişdi.